[b]Üç komanda pley-offda, “Azərreyl”in taleyi yad əllərdə[/b]
24.02.2017 - 12:00
[b]Üç komanda pley-offda, “Azərreyl”in taleyi yad əllərdə[/b]

Qadın voleybolçular arasında Çempionlar Liqasında pley-off mərhələsinə vəsiqəni təmin edən 3 komandanın adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, bu klublar V turdan sonra qrup mərhələsində birinci pilləni özləri üçün təmin ediblər.

 

Belə ki, “Telekom”un da yer aldığı A qrupunda hər şeyə son turda aydınlıq gələcək. Əgər 3-cü pillədə qərarlaşan İtaliya “Konegliano”su “Dördlər finalı”nın ev sahibi kimi yarımfinalda rəqiblərini gözləyirsə, “Modena” (İtaliya) və “Ximik” (Polşa) pley-off üçün mübarizəni davam etdirəcək. Sonuncu – VI turda da bu komandaların duelində lider müəyyənləşəcək. İtaliyalılar 1 xal qazanacaqları halda 1-ci yeri təmin edəcəklər.

 

B qrupunda isə Moskva “Dinamo”su son turun nəticəsindən asılı olmayaraq, püşkü gözləyir. Onlar əsas rəqibləri olan İsveçrə “Volero”su üzərində V turda 3:2 hesablı qələbə sayəsində qrup birinciliyini rəsmiləşdiriblər. Düzdü, sonuncular xal hesabında rəqibini keçə bilər. Amma əsas xal deyil, qələbə sayı olduğundan şimallılar 1-ci yeri təmin edib.

 

C qrupunda da Türkiyə “Fənərbaxça”sı 1-ci yeri təmin edib. İstanbullular 5-ci qarşılaşmasında “Azərreyl” üzərində qələbə sayəsində buna nail olublar. Bakı klubu isə məğlubiyyətlə öz işini çətinə salıb.

 

İndi bakılılar ən yaxşı ikinci yer sahiblərindən biri olmağa ümid edə bilər. Amma “Azərreyl”in taleyi öz əlində deyil. Digər komandalardan asılı vəziyyətdə olan təmsilçimizə son turda 3:0 hesablı qələbə də yetərli olmaya bilər.

 

2-ci yerlərlə müqayisədə ən yaxşı iki komandadan biri olmaq üçün mütləq 3 xal qazanmalı olan təmsilçimiz “Ximik”, “Volero” və “Əczaçıbaşı”nın büdrəməsinə ümid etməlidi. Bu komandalardan ikisi “Azərreyl”dən geri qalmalıdı ki, bakılıların yolu açılsın.

 

Liderin qonağı olacaq “Ximik”in istənilən xal itkisi komandamıza sərf edir. Bu da kifayət qədər inandırıcı görünür. Polşalılar səfərdən 3 xalla dönsə “Azərreyl”dən üstün olacaq. Digər iki komanda isə meydanı məğlubiyyətlə tərk etməlidi. Hərçənd onların hər ikisi autsayderlə üz-üzə gələcək. Türkiyəlilər evdə “Drezdner”, isveçrəlilər isə öz meydanında Krasnodar “Dinamo”sunu sınağa çəkəcək. Digər matçlardan asılı olaraq “Volero”ya hətta 1 xal da kifayət edə bilər.

 

D qrupunda da Türkiyə klubu pley-offa yüksəlib. Derbidə “Əczaçıbaşı”ya xal verməyən “Vakıfbank” rəqibi üçün əlçatmaz olub. Amma məğlub komanda da növbəti mərhələ şanslarını qoruyur.

 

Qeyd edək ki, son turun oyunları eyni gündə - fevralın 28-də keçiriləcək.

 

A qrupu

1

Modena (İtaliya)

5

4

1

14-7

495-457

12

2

Ximik (Polşa)

5

3

2

12-9

458-416

9

3

Konegliyano (İtaliya)

5

3

2

13-10

491-487

9

4

Telekom (Azərbaycan)

5

0

5

2-15

342-426

0

 

B qrupu

1

Dinamo (M, Rusiya)

5

5

0

15-7

494-424

12

2

Volero (İsveçrə)

5

3

2

13-7

447-399

11

3

Dinamo (Kr, Rusiya)

5

1

4

6-13

373-446

4

4

Alba (Rumıniya)

5

1

4

5-12

347-392

3

 

C qrupu

1

Fənərbaxça (Türkiyə)

5

5

0

15-1

398-300

15

2

Azərreyl (Azərbaycan)

5

3

2

9-8

358-368

9

3

Dabrova Qornitsa (Polşa)

5

2

3

8-10

404-397

6

4

Sen-Rafael (Fransa)

5

0

5

2-15

318-413

0

 

D qrupu

1

Vakıfbank (Türkiyə)

5

5

0

15-4

445-331

14

2

Əczaçıbaşı (Türkiyə)

5

3

2

12-7

430-393

10

3

Uraloçka (Rusiya)

5

1

4

6-13

393-444

3

4

Drezdner (Almaniya)

5

1

4

4-13

302-402

3