[b]Yığmamız Avropa Liqasının hazırlıqlarına Bakıda start verəcək[/b]
26.04.2016 - 14:04
[b]Yığmamız Avropa Liqasının hazırlıqlarına Bakıda start verəcək[/b]

Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışının vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, komandamız mayın 3-dən hazırlıqlara start verəcək.

 

Yığmamız həmişə olduğu kimi Bakıda bir araya gələcək. Təlim-məşq toplanışında əsasən gənc və perspektivli oyunçulara üstünlük veriləcək. Bunda əsas məqsəd iyunda başlayacaq Avropa Liqasında ciddi hazırlıqdı.

 

Məşqçilər korpusu, həmçinin 1 ay davam edəcək məşqlərdə gələn il Bakıda keçiriləcək Avropa çempionatı üçün də ilkin heyəti formalaşdırmaq arzusundadı.

 

Təlim-məşq toplanışına xarici klubların qoşulması da istisna edilmir.

 

Qeyd edək ki, yığmamız Avropa Liqasında Fransa, Monteneqro və İspaniya ilə birgə B qrupunda yer alıb. 

0