[b]Yığmamız Bolqarıstana ikinci matçda da uduzdu[/b]
26.05.2017 - 09:35
[b]Yığmamız Bolqarıstana ikinci matçda da uduzdu[/b]

Bolqarıstanda təlim-məşq toplanışında olan qadın voleybolçulardan ibarət Azərbaycan millisi ikinci yoxlama matçını keçirib. Apasport.az saytının məlumatına görə, yığmamız ev sahibləri ilə ikinci dəfə üz-üzə gəliblər.

 

Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb. Bolqarlar komandamıza 3:1 (25:15, 23:25, 25:14, 29:27) hesabı ilə qalib gəliblər.

 

Qeyd edək ki, millimiz ilk dueldə 0:3 hesabı ilə məğlub olmuşdu.