[b]Yığmamız Latviyadan qrup sonuncusu kimi qayıdır[/b]
04.04.2016 - 09:28
[b]Yığmamız Latviyadan qrup sonuncusu kimi qayıdır[/b]

19 yaşadək voleybolçu qızlar arasında keçirilən Avropa çempionatının 2-ci seçmə mərhələsi başa çatıb. Apasport.az saytının məlumatına görə, F qrupunda mübarizə aparan Azərbaycan millisi uğursuz çıxışı ilə yadda qalıb.

 

Belə ki, Vüqar Əliyevin rəhbərlik etdiyi komanda Latviyanın ardınca Sloveniyaya da uduzub. Rəqib 3:1 (18:25; 25:18; 25:23; 25:18) hesabı ilə qalib gəlib.

 

Sonuncu turda Fransa ilə qarşılaşma voleybolçularımız üçün daha çətin alınıb. Çünki mərhələ adlamaq şansımız itdiyindən rəqib hansısa müqavimətlə üzləşməyib - 3:0 (25:14; 25:9; 25:8).

 

Beləliklə, Azərbaycan Super Liqasında “Gənclik” adı ilə mübarizə aparmış komandamız səfərdən qrup sonuncusu kimi qayıdıb.

 

Yığmamız üzərində qələbə fransalıları birbaşa finala yüksəldib, Sloveniya yarışı pley-offda davam etdirəcək. Qrupa ev sahibliyi edən Latviya isə top fərqinə görə qrupda qalıb.

 

 

Fransa

3

2

1

6-3

211-153

6

Sloveniya

3

2

1

6-4

224-221

6

Latviya

3

2

1

6-4

225-222

6

Azərbaycan

3

0

3

2-9

206-270

0

 

0