[b]Yığmamızın ən yaxşısı Vüqar Bayramov oldu[/b]
24.05.2017 - 20:30
[b]Yığmamızın ən yaxşısı Vüqar Bayramov oldu[/b]

Bu gün kişi voleybolçulardan ibarət Azərbaycan millisi 2018-ci ildə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində ilk oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, Fərid Cəlalovun yetirmələri startda Türkiyə voleybolçuları ilə üz-üzə gəliblər.

 

Görüş “ay-ulduzlular”ın 3:0 (25:21, 25:21, 25:13) hesablı qələbəsi ilə yekunlaşıb. İlk iki setdə müqavimət göstərməyə çalışan sonuncu hissədə isə asan təslim olan yığmamızın heyətində 8 oyunçu aktivinə xal yazmağı bacarıb.

 

Ən çox uğur əldə edən Vüqar Bayramov olub. Hücumçumuz 7 xal toplaya bilib. Onu 6 xalla Pərviz Səmədov izləyib. Üçüncü Dmitri Obodnikov isə 5 dəfə rəqibi məyus edib.

 

Digər oyunçularımızıdan Rəsul İbrahimov 4, Vadim Kutukov, Dmitri Baranov və Aleksey Çervyakov 2, Aqil Ağazadə isə millinin hesabına 1 xal yazıdırıb.