[b]Yığmamızın hücumçusu üçün legioner həyatı bitdi[/b]
20.09.2016 - 16:41
[b]Yığmamızın hücumçusu üçün legioner həyatı bitdi[/b]

Azərbaycan millisinin voleybolçusu Anastasiya Qurbanova karyerasını ölkəmizdə davam etdirəcək. Apasport.az saytının məlumatına görə, 27 yaşlı hücumçu “Azərreyl”lə münasibətləri rəsmiləşdirib.

 

Rusiyanın “Proton” klubunun vidalaşdığı Qurbanova “dəmiryolçular”la 1 illik müqavilə imzalayıb.

 

Qeyd edək ki, Anastasiya Saratov klubuna elə “Azərreyl”dən  yollanmışdı.