[b]Yığmamızın oyunçusu “Azəryol”u seçdi[/b]
23.09.2016 - 10:44
[b]Yığmamızın oyunçusu “Azəryol”u seçdi[/b]

“Azəryol”un daha bir transferinin adı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi tarixin yaddaşına qovuşmağa hazırlaşan “Lokomotiv”in liberosu Oksana Kiselyova ilə müqavilə imzalayıb.

 

Azərbaycan millisinin şərəfini qoruyan 24 yaşlı voleybolçu növbəti 1 ildə sabiq komandasının şərəfini qoruyacaq.

 

Kiselyova 2014-cü ildə məhz “Azəryol”dan “Lokomotiv”ə keçmişdi.

 

Qeyd edək ki, “Azəryol” Kiselyovadan öncə Kseniya Pavlenko, Leyla Parşkova, Kristina Yaqubova və Anita Bredislə də razılıq əldə edib. 

0