[b]Yığmamızın sabiq oyunçuları izlədi, Poznyak 8 xal topladı[/b]
24.04.2017 - 18:18
[b]Yığmamızın sabiq oyunçuları izlədi, Poznyak 8 xal topladı[/b]

Türkiyə Sultanlar Liqasında 5-8-ci yerlər uğrunda matçlar davam edir. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisini oyunçusu Kseniya Poznyakın şərəfini qoruduğu “Beşiktaş” seriyanın ikinci oyununda “Bursa BŞB” ilə üz-üzə gəlib.

 

Təmsilçimizin komandası rəqibini 3:2 hesabı ilə məğlub edərək, seriyadakı ümumi hesabı bərabərləşdirib - 1:1.

 

Kseniya matçda 8 xal yığıb.

 

“Akatlar” İdman Kompleksində baş tutan görüşü yığmamızın sabiq oyunçuları İnessa Qorxmazla Yelena Şabovta, həmçinin 2015-ci ildə “Azəryol”u (indiki “Azərreyl”i) çalışdırmış Ceyson Haldan da izləyib.

 

Qeyd edək ki, seriyanın 3-cü oyunu sabah Bursada keçiriləcək.