Milli Basketbol Assosiasiyasının (NBA) çempionatında pley-off mərhələsi davam edir. Apasport.az saytının məlumatına görə, Qərb konfransı final seriyasında ikinci görüş keçirilib.
"Hyuston Rokets" "Qolden Steyt Vorriorz"u qəbul edib. Oyun başdan-sona ev sahiblərinin üstünlüyü şəraitində keçib. Nəticədə 22 xal fərqi ilə qələbə qazanan "Hyuston" seriya hesabını bərabərləşdirib.
NBA
Pley-off
Qərb konfransı, final seriyası
"Hyuston Rokets" - "Qolden Steyt Vorriorz" - 127:105
"Hyuston": Harden (27 xal, 10 ribaund, 3 assist, 1 top oğurlama), Qordon (27 xal, 3 ribaund, 2 assist, 1 top oğurlama, 1 blok), Taker (22 xal, 7 ribaund, 4 assist, 1 top oğurlama)
"Qolden Steyt": Durant (38 xal, 3 ribaund), Körri (16 xal, 7 ribaund, 7 assist)
Seriyada hesab - 1:1