Azərbaycan millisinin oyunçusu yeni komandada - FOTO
29.10.2014 - 13:12
Azərbaycan millisinin oyunçusu yeni komandada   - FOTO

“Azəryol” daha bir voleybolçunun keçidini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi Azərbaycan millisinin orta sahə oyunçusu Yekaterina Jidkovanı rənglərinə bağlayıb.

 

25 yaşlı voleybolçu “İqtisadçı” ilə müqavilə bağlasa da, komandanın dağılması səbəbindən “Azəryol”a üz tutub. O, ən azı 2014/2015 mövsümünü burada keçirəcək. Ötən ili “Azərreyl”də oynayan Jidkova yeni komandasında 14 nömrəli formanı geyinəcək.

 

Qeyd edək ki, Yekaterinanın gəlişi ilə “Azəryol”un voleybolçularının da sayı 14-ə çatıb. Komanda daha öncə Anastasiya Muzika, Oksana Parxomenko, Lora Kitipova, Lenka Dürr, Kseniya Kovalenko, Anastasiya Qurbanova, Odina Bayramova (Əliyeva), Yovana Brakoçeviç, Andressa Pikussa, Tabita Lav, Yelena Nikoliç, Ceyran Əliyeva və Straşmira Filipova ilə anlaşıb.  

0