İker Kasilyas rekordun biraddımlığında
15.09.2016 - 00:10
İker Kasilyas rekordun biraddımlığında

İker Kasilyas Çempionlar Liqasında 18-ci mövsümünü keçirir. Apasport.az saytının məlumatına görə, “Kopenhagen”lə matçda “Porto” start heyətində meydana çıxan ispan qapıçı bununla da aktiv futbolçular arasında Avropanın bir nömrəli klub turnirində ən çox mövsüm keçirən oyunçu olub.

 

Ümumilikdə isə o, Pol Skoulzu (17 mövsüm) geridə qoyub. Mütləq rekord isə “Mançester Yunayted”in digər əfsanəsi Rayan Giqqzə məxsusdu. Uelsli 19 dəfə Çemionlar Liqası həyəcanı yaşayıb.

 

Qeyd edək ki, Kasilyas nüfuzlu turnirdə 16 dəfə “Real” forması ilə çıxış edib və 3 dəfə qalib adını qazanıb.

0