Seneqal yığmasının hücumçusu Azərbaycan çempionluğu arzusunda - FOTO
06.04.2016 - 16:58
Seneqal yığmasının hücumçusu Azərbaycan çempionluğu arzusunda - FOTO

“Bizi daha 2 vacib oyun gözləyir. Çempionluğun açarı öz əlimizdədi”. Apasport.az saytının məlumatına görə, bunu “Azərreyl”in voleybolçusu Fatu Diuk deyib.

 

Seneqal yığmasının da şərəfini qoruyan hücumçu Azərbaycan Super Liqasının final mərhələsi barədə fikirlərini açıqlayıb. O bildirib ki, çempionluq yolunda ilk matçda 3:1 hesabı ilə qələbə qazansalar da, məşqlərini daha da intensivləşdirməlidilər.

 

Diuk 3 qələbəyədək davam edəcək final seriyasının növbəti oyunlarında da qalib gələcəklərinə inam ifadə edib. Onun sözlərinə görə, komandada hər bir voleybolçu qələbəyə köklənib: “Mövsümü yüksək səviyyədə başa vurmaq üçün çox çalışmaq, yüksək konsentrasiya və yolumuzu əvvəlki kimi davam etmək lazımdı”. 

 

Qeyd edək ki, “Telekom”la “Azərreyl” arasında növbəti matç sabah olacaq. 

0