"Mançester Siti"nin oyunçusu Hollandiya tarixinə düşdü
21.08.2016 - 16:45
"Mançester Siti"nin oyunçusu Hollandiya tarixinə düşdü

Türkiyəli gənc futbolçu Enes Ünal Hollandiyada tarixə düşüb. Apasport.az saytının məlumatına görə, hazırda icarə əsasında “Tvente”də çıxış edən, ancaq müqavilə ilə “Mançester Siti”yə məxsus olan Enes klubunun “Qroningen”lə oyununda het-trik edib.

 

Bu göstərici ilə o, Hollandiyada bir oyunda üç qol vuran ilk türk futbolçu olub.

 

Qeyd edək ki, Erediviziyanın ilk həftəsində heyətə düşə bilməyən, ikinci həftədə oyuna sonradan girən Ünal, üçüncü hfətədəki het-triki ilə azarkeşlərin rəğbətini qazanıb.