Yeni klubunda ilk məşqindəcə öldü
05.10.2016 - 21:29
Yeni klubunda ilk məşqindəcə öldü

Makedoniyanın “Orxid” klubuna transfer olan basketbolçu Kemron Mur ilk məşqindəcə vəfat edib. Apasport.az saytının məlumatına görə, bu barədə yerli mətbuat xəbər yayıb.

 

Bildirilib ki, daha əvvəl İtaliyanın “Kazreta” və “Venesiya” klublarında oynamış 25 yaşlı basketbolçunun mövsümün əvvəlində keçirilmiş sağlıq müayinəsində heç bir problem aşkar olunmamışdı. Ancaq onun daha əvvəl ürəyində bir dəfə sağlıq problemi olubmuş.

 

Qeyd edək ki, idmançının vəfatının dəqiq səbəbi detallı analizlərdən sonra məlum olacaq.

0