XVIII turun proqramı açıqlandı
25.03.2024 - 11:57
XVIII turun proqramı açıqlandı

Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunların keçiriləcəyi vaxt müəyyənləşib.

Apasport.az xəbər verir ki, XVIII turun matçları martın 26-da olacaq.

Qarşılaşmalar Bakı və Gəncədə təşkil ediləcək. "Gəncə" klubu doğma meydanda UNEC-i qəbul edəcək. Görüş saat 15:00-da başlanacaq.

Eyni saatda "Abşeron" "Milli Aviasiya Akademiyası" ilə, saat 18:00-da "Murov Az Terminal" "Azərreyl"lə üz-üzə gələcək. Bu iki oyun Bakıda Voleybol Mərkəzində reallaşacaq.

0