Azərbaycan Voleybol Federasiyası (AVF) kişilər arasında Yüksək Liqada yarımçıq dayandırılmış VII turun "Xilasedici" – "Ordu" matçı ilə bağlı qərarını açıqlayıb.
Apasport.az xəbər verir ki, bu barədə AVF-nin mətbuat xidməti məlumat yayıb.
Dekabrın 17-də keçirilən qarşılaşmanın yekun nəticəsi ilə əlaqədar bu gün iclas keçirilib. Toplantıda federasiyanın İnzibati Məsələlər Komissiyasının üzvləri, "Xilasedici" və "Ordu" komandalarının menecerləri, qarşılaşmanın supervayzeri və hakimlər iştirak ediblər.
AVF-nin baş katibi Faiq Orucovun rəhbərliyi ilə keçirilən iclasda dünənki qarşılaşmada baş verən hadisələr ətraflı şəkildə araşdırılıb və məsələ ilə bağlı müvafiq qərar qəbul olunub.
Qərara əsasən, yarımçıq dayandırılmış "Xilasedici" – "Ordu" qarşılaşmasında "Xilasedici" komandasına 0:3 hesabı ilə texniki məğlubiyyət verilib.
- Çempionlar Liqası: “Turan”ın oyunu canlı yayımlanacaq
- Millimiz Avropa çempionatına məğlubiyyətlə başladı - YENİLƏNİB
- Superliqanın 2026/2027 mövsümünə sabah start veriləcək
- Eldar Zülfüqarov Avropa çempionatında hakimlik edəcək
- Azərbaycan və Gürcüstan voleybol federasiyaları əməkdaşlığı genişləndirməyi müzakirə ediblər