Yelena Parxomenko ilk dəfə beynəlxalq oyuna təyinat alıb
26.11.2025 - 14:56
Azərbaycanın kişilərdən ibarət millisinin meneceri Yelena Parxomenko Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən ilk dəfə beynəlxalq yarışa təyinat alıb.
Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis qadın voleybolçular arasında keçirilən CEV Kubokunun 1/16 final mərhələsinin oyununda iştirak edəcək.
Parxomenko noyabrın 27-də İstanbulda baş tutacaq THY İstanbul – Avarca Menorca qarşılaşmasında supervayzer kimi hakimlərin işini qiymətləndirəcək.
0
0