Yığmamız Belarusa yollandı
09.07.2022 - 10:02
Yığmamız Belarusa yollandı

AVRO-2023-ün təsnifat mərhələsinə və İslam Həmrəyliyi Oyunlarına hazırlaşan kişi voleybolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışının növbəti mərhələsi üçün bu gün Belarusa yollanıb.

Apasport.az saytının məlumatına görə, komandamız Minskdə iyulun 16-dək hazırlıq keçəcək.

Voleybolçularımız orada təlim-məşq toplanışı ilə yanaşı, yerli yığma ilə yoldaşlıq görüşlərində gücünü də yoxlayacaq.

Qeyd edək ki, Minsk hazırlığının ardınca Belarus yığması Bakıya səfər edəcək. İki komandanın paytaxtda birgə məşqi və bir necə yoxlama matçı nəzərdə tutulub.

0