Kişi voleybolçulardan ibarət Azərbaycan yığmasının növbəti təlim-məşq toplanışı keçiriləcək. Apasport.az saytının məlumatına görə, bu gün Astarada start götürəcək hazırlıqlar Avropa çempionatının seçmə mərhələsinə hazırlıq məqsədi daşıyır.
Cənub bölgəsində məşqlər iyulun 5-dək davam edəcək. Yığmamızın baş məşqçisi Fərid Cəlalov təlim-məşq toplanışına 17 oyunçu cəlb edib. Bunlar Vüqar Bayramov, Tural Həsənli, Cavid Süleymanov, Aqil Əlizadə, Vadim Kutukov, Elmin Alışanov, Emil Abdullayev, Rəsul İbrahimov, Pərviz Səmədov, Dmitri Obodnikov, Asif Əliyev, Aleksey Çervyakov, İvan Kazaçkov, Dmitri Baranov, Kənan Allahverdiyev, Andrey Vasilenko və Yaroslav Rudixdı.
Qeyd edək ki, millimiz Avropa çempionatının seçmə mərhələsinin G qrupunda Yunanıstan, İsveç və Lüksemburqla oynayacaq.
- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq