Yığmamızın Avropa çempionatındakı oyunlarının vaxtı DƏQİQLƏŞDİ
24.01.2023 - 15:55
Yığmamızın Avropa çempionatındakı oyunlarının vaxtı DƏQİQLƏŞDİ

Avqustun 15-dən sentyabrın 3-dək qadın voleybolçular arasında Belçika, İtaliya, Almaniya və Estoniyanın ev sahibliyi edəcəyi Avropa çempionatının oyunlarının vaxtı dəqiqləşib. 

Apasport.az saytının məlumatına görə, ardıcıl 10-cu dəfə həlledici mərhələyə qatılacaq Azərbaycan millisinin də meydana çıxacağı günlər bəlli olub. 

C qrupunda yer alan yığmamız ilk matçına avqustun 18-də çıxacaq. Həmin gün voleybolçularımız Çexiya ilə üz-üzə gələcək. Komandamızın qrupda son oyunu isə avqustun 23-nə təsadüf edəcək. 

Qeyd edək ki, millimizin yer aldığı qrupun görüşləri Almaniyada olacaq. Avropa çempionatında isə 24 komanda 4 qrupda mübarizə aparacaq. Qrupda ilk dörd yeri tutacaq komandalar növbəti mərhələyə yüksələcəklər.

C qrupu 
18 avqust

23:00 Azərbaycan - Çexiya
19 avqust
23:00 Azərbaycan - Almaniya
20 avqust
23:00 Türkiyə - Azərbaycan
22 avqust
20:00 Azərbaycan - Yunanıstan
23 avqust
20:00 İsveç - Azərbaycan
 

0