Yığmamızın kapitanı Macarıstanda ən yaxşı legioner seçildi
05.12.2022 - 10:53
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı Ayşən Abduləzimova növbəti uğura imza atıb.
Apasport.az saytının məlumatına görə, voleybolçumuz Macarıstanda fərqlənib.
“Vaşaş” klubunun şərəfini qoruyan blokçumuz bu ölkənin ən yaxşı legioneri seçilib. Ayşən 2022-ci ildə Macarıstanda çıxış edən ən yaxşı əcnəbi oyunçunun müəyyənləşdiyi səsvermənin qalibi olub.
Qeyd edək ki, bu, “Vaşaş”da 4-cü mövsümünü keçirən Ayşən bu il ölkə çempionatının qızıl medalını, MEVZA (Orta Avropa Voleybol Zona Assosiasiyası) turnirinin qalibi və ölkə kubokunun sahibi adını əldə edib.
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq
1
0