Yığmamızın oyunçusu evləndi və Azərbaycandan ayrıldı
03.10.2022 - 14:55
Yığmamızın oyunçusu evləndi və Azərbaycandan ayrıldı

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Anastasiya Mertsalovanın yeni klubu bəlli olub.

Apasport.az saytının məlumatına görə, 21 yaşlı voleybolçu karyerasını Qazaxıstanda davam etdirəcək.

Bir müddət əvvəl Azərbaycan yığmasının voleybolçusu Aqil Ağazadə ilə ailə həyatı quran  “Azərreyl”in blokçusu ölkə xaricində çıxış etməyə üstünlük verib. Anastasiya Superliqanın “Aykarakoz” klubuna keçib. O, cari mövsümdə yeni komandasının uğurları üçün çalışacaq.

Qeyd edək ki, “Aykarakoz” Superliqanın debütantıdır.
 

0