Yüksək Liqa: “Azərreyl” “Gənclər”i, “Abşeron” “Gəncə”ni məğlub edib
15.01.2026 - 22:52
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının IX turu çərçivəsində növbəti oyunlar keçirilib.
Apasport.az xəbər verir ki, bu gün iki qarşılaşma baş tutub.
Günün ilk matçında “Azərreyl” “Gənclər”i 3:1 hesabı ilə məğlub edib.
“Abşeron” isə “Gəncə” üzərində 3:2 hesabı ilə qələbə qazanıb.
Hər iki matç Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunub.
0
0