
Bu gün qadın voleybolçular arasında Yüksək Liqada XVIII tura start verilib.
Apasport.az xəbər verir ki, ilk oyun günündə iki matç baş tutub.
Hər iki qarşılaşma Bakıda keçirilib. GİN-in Voleybol Mərkəzində öncə liderlər “Abşeron”la “Milli Aviasiya Akademiyası” üz-üzə gəlib. Oyun nominal meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Ardınca “Azərreyl” autsayder UNEC-i sınağa çəkib. "Dəmiryolçular" çətinlik çəkmədən hesablarına 3 xal yazıblar.
Qeyd edək ki, tura sabah keçiriləcək “Gəncə” - “Murov Az Terminal” matçı ilə yekun vurulacaq.
Yüksək Liqa (qadınlar)
XVIII tur
4 aprel
16:00. “Abşeron” - “Milli Aviasiya Akademiyası” - 3:0 (25:17, 25:19, 25:17)
18:00. “Azərreyl” - UNEC - 3:0 (25:14, 25:22, 25:19)
- “Xilasedici” oyunçusu ilə müqavilə yeniləyib
- Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yeni mövsümə start verilir
- Yüksək Liqa: UNEC "Milli Aviasiya Akademiyası”nı məğlub etdi
- Qadın voleybolçular arasında Yüksək Liqaya start verilib - FOTO
- Voleybol üzrə Azərbaycan çempionatında yeni mövsüm bu gün başlayır