Kişi voleybolçular arasında Yüksək Liqanın III turunun növbəti qarşılaşmalarının keçirilmə tarixi müəyyənləşib.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Oktyabrın 30-da 1-ci turdan təxirə salınmış “Gənclər” - “Xilasedici” qarşılaşması keçiriləcək. FHN-in idman zalında təşkil olunacaq görüş saat 16:00-da start götürəcək.
Noyabrın 6-da isə Yüksək Liqanın III turunun oyunları keçiriləcək.
Yüksək Liqa (kişilər)
I tur (Təxirə düşən oyun)
30 oktyabr
16:00. “Gənclər” – “Xilasedici”
FHN-nin idman zalı
III tur
6 noyabr
16:00. “Murov Az Terminal” – “Ordu”
“Murov Az Terminal” VK-nın idman zalı
16:00. “Gənclər” - “Neftçi”
Abşeron OİK
17:00. “Xilasedici” - “Azərreyl”
FHN-in idman zalı