Yüksək Liqa: Liderlər qarşı-qarşıya
08.04.2024 - 16:18
Yüksək Liqa: Liderlər qarşı-qarşıya

Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçiriləcək.

İdman.biz xəbər verir ki, Yüksək Liqada günün hər iki matçı eyni saatda başlayacaq.

“Neftçi” MOİK-i sınağa çəkəcək. Görüş “Murov Az Terminal” VK-nun idman zalında baş tutacaq. Digər qarşılaşma GİN-in Voleybol Mərkəzində təşkil olunacaq. Çempionatın liderlərinin duelində “Murov Az Terminal”la “Azərreyl” qarşılaşacaq.

Yüksək Liqa (kişilər)

8 aprel

17:00. “Neftçi” – MOİK
“Murov Az Terminal” VK-nun idman zalı

17:00. “Murov Az Terminal” – “Azərreyl”
GİN-in Voleybol Mərkəzi

0
Yüksək Liqa voleybol Azərbaycan çempionatı Neftçi MOİK Murov Az Terminal Azərreyl