
Bu gün kişi voleybolçular arasında Yüksək Liqada XVIII turun oyunları keçirilib.
Apasport.az xəbər verir ki, bütün qarşılaşmalar GİN-in Voleybol Mərkəzində baş tutub.
Liderlər qrupunda qərarlaşan “Azərreyl” və “Xilasedici” üz-üzə gəlib. Oyun gərgin mübarizə şəraitində keçib. Lider 2:0 önə keçsə də, qonaqlar bpyük əzmkarlıq nümayiş etdiriblər. Bu məğlubiyyət "Azərreyl"in lider mövqeyini itirməsi ilə nəticələnib.
“Murov Az Terminal” “Gənclər”ə qalib gələrək, birinci pilləni ələ keçirib.
MOİK isə “Neftçi”yə uduzub.
Yüksək Liqa (kişilər)
XVIII tur
8 aprel
14:00. MOİK – “Neftçi” - 0:3 (21:25, 23:25, 18:25)
16:00. “Azərreyl” – “Xilasedici” - 2:3 (25:17, 25:19, 21:25, 25:27, 10:15)
18:00. “Murov Az Terminal” – “Gənclər” - 3:0 (25:15, 26:24, 25:19)
- “Xilasedici” oyunçusu ilə müqavilə yeniləyib
- Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yeni mövsümə start verilir
- Yüksək Liqa: UNEC "Milli Aviasiya Akademiyası”nı məğlub etdi
- Qadın voleybolçular arasında Yüksək Liqaya start verilib - FOTO
- Voleybol üzrə Azərbaycan çempionatında yeni mövsüm bu gün başlayır