Yüksək Liqa: Xədicə Seyidli ən gənc və perspektivli oyunçu seçilib - FOTO
20.04.2026 - 10:40
Voleybol üzrə Yüksək Liqanın ən gənc və perspektivli milli gənc oyunçusu bəlli olub.
Apasport.az-ın məlumatına görə, bu ödülə "Abşeron" Voleybol Klubunun toppaylayıcısı Xədicə Seyidli layiq görülüb.
Ona mükafatı Voleybol üzrə Yüksək Liqanın final oyunundan sonra təqdim olunub.
17 yaşlı Xədicə Seyidli, doqquz ildən çoxdur peşəkar voleybolla məşğuldur.
O, Alla Həsənova, Ziya Rəcəbov, Cavid Süleymanov kimi tanınmış azərbaycanlı voleybol məşqçilərinin yetirməsidir. Toppaylayıcısı kimi formalaşmasında türkiyəli məşqçi Haluk Korkmazın böyük rolu olub.

- Çempionlar Liqası: “Turan”ın oyunu canlı yayımlanacaq
- Millimiz Avropa çempionatına məğlubiyyətlə başladı - YENİLƏNİB
- Superliqanın 2026/2027 mövsümünə sabah start veriləcək
- Eldar Zülfüqarov Avropa çempionatında hakimlik edəcək
- Azərbaycan və Gürcüstan voleybol federasiyaları əməkdaşlığı genişləndirməyi müzakirə ediblər
0
0