Yüksək Liqada 11-ci tur başlayır
30.01.2024 - 09:31
Yüksək Liqada 11-ci tur başlayır

Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatında 3-cü dövrə başlayır.

Apasport.az xəbər verir ki, bu gün 11-ci tur çərçivəsində 2 qarşılaşma keçiriləcək. 

“Milli Aviasiya Akademiyası” və “Gəncə” qarşılaşacaq. Görüş saat 15:00-da start götürəcək. Günün digər matçı saat 18:00-da “Murov Az Terminal” və “Abşeron” arasında keçiriləcək. Hər iki qarşılaşma Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq.

Sabah isə “Azərreyl” UNEC-i sınağa çəkəcək. Matç saat 18:00-da UNEC-in idman zalında keçiriləcək. 

0