Yüksək Liqada növbəti oyun keçiriləcək
29.03.2024 - 14:17
Yüksək Liqada növbəti oyun keçiriləcək

Bu gün kişi voleybolçuların Yüksək Liqasında növbəti oyun baş tutacaq.

Apasport.az xəbər verir ki, günün yeganə matçı “Murov Az Terminal” və MOİK komandaları arasında keçiriləcək. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində reallaşacaq qarşılaşma saat 17:00-da start götürəcək.

Qeyd edək ki, “Murov Az Terminal” 34 xalla ikinci, xalı olmayan MOİK isə sonuncu pillədə qərarlaşıb.

0