Yüksək Liqada növbəti oyunlar baş tutacaq
16.01.2026 - 10:19
Yüksək Liqada növbəti oyunlar baş tutacaq

Voleybol üzrə Azərbaycan Yüksək Liqasında bu gün növbəti oyunlar baş tutacaq.

Apasport.az xəbər verir ki, kişilərin yarışında VIII turdan təxirə salınmış matç keçiriləcək.

"Azerreyl" "Xilasedici" ilə üz-üzə gələcək. Qarşılaşma Fövqəladə Hallar Nazirliyinin idman zalında, saat 17:00-da start götürəcək.

Qadınların mübarizəsində isə IX turun iki görüşü təşkil olunacaq. "Murov Az Terminal" "Turan"la, "Milli Aviasiya Akademiyası" "DH Volley"lə münasibətlərə aydınlıq gətirəcək.

Hər iki oyun saat 17:00-da başlayacaq. İlk qarşılaşma "Murov Az Terminal"ın, ikinci matç isə "Milli Aviasiya Akademiyası"ının idman zalında gerçəkləşəcək.