Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında X turun oyunları bu gün keçiriləcək.
Apasport.az xəbər verir ki, əvvəlcə "Gəncə" evdə "Azərreyl"lə qarşılaşacaq.
Görüşə Gəncə İdman Sarayında, saat 14:30-da start veriləcək. Digər matçlarda "Abşeron" "Murov Az Terminal"la, “Milli Aviasiya Akademiyası” isə UNEC-lə üz-üzə gələcək. Hər iki qarşılaşma Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək.
Yüksək Liqa
Qadınlar
X tur
11 fevral
14:30. “Gəncə” - “Azərreyl"
Gəncə İdman Sarayı
16:00. “Abşeron” - “Murov Az Terminal”
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi
18:00. “Milli Aviasiya Akademiyası” - UNEC
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi