Yüksək Liqada XII tura start veriləcək
19.02.2025 - 09:53
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XII tura bu gün start veriləcək.
Apasport.az xəbər verir ki, ilk olaraq iki qarşılaşma keçiriləcək.
Saat 16:00-da "Abşeron" UNEC-lə üz-üzə gələcək. İki saat sonra "Azərreyl" "Murov Az Terminal"la münasibətlərə aydınlıq gətirəcək.
Hər iki matç Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq.
Qeyd edək ki, tura fevralın 22-də "Gəncə" - "Milli Aviasiya Akademiyası" görüşü ilə yekun vurulacaq.
- Çempionlar Liqası: “Turan”ın oyunu canlı yayımlanacaq
- Millimiz Avropa çempionatına məğlubiyyətlə başladı - YENİLƏNİB
- Superliqanın 2026/2027 mövsümünə sabah start veriləcək
- Eldar Zülfüqarov Avropa çempionatında hakimlik edəcək
- Azərbaycan və Gürcüstan voleybol federasiyaları əməkdaşlığı genişləndirməyi müzakirə ediblər
1
0