
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov Bolqarıstan Respublikası Prezidentinin Gənclər və İdman məsələləri üzrə məsləhətçisi Georgi Aleksandrovla görüşüb.
Apasport.az xəbər verir ki, görüş zamanı iki ölkənin ağırlıqqaldırma idmanı sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.
Firdovsi Umudov ölkəmizdə bu idman növünün inkişafı üçün dövlət səviyyəsində hər cür dəstəyin göstərildiyini qeyd edib. O əlavə edib ki, beynəlxalq əlaqələrin qurulması ağırlıqqaldırma idmanının tərəqqisi istiqamətində atılan ən vacib addımlardan biridir.
Georgiy Aleksandrov da öz növbəsində Azərbaycan atletlərinin son yarışlarda qazandıqları uğurlara diqqət çəkib. Qonaq gələcəkdə hər iki ölkənin yığma komandalarının birgə təlim-məşq toplanışının keçirilməsi arzusunda olduqlarını diqqətə çatdırıb. Görüş zamanı bu və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.