Beynəlxalq Ağırlıqqaldırma Federasiyası “Məsləhət Qrupu”nun üzvlərinin adlarını açıqlayıb.
Apasport.az xəbər verir ki, Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudovdan başqa qrupda cəmi 3 üzv yer alıb.
Gürcüstanlı üçqat olimpiya, üçqat dünya və dördqat Avropa çempionu Kaxi Kaxiaşvili, Sinqapur Ağırlıqqaldırma Federasiyasının prezidenti Tom Liav və Şimali Koreya Respublikasının Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Sonq Nam Yanq IWF-in “Məsləhət Qrupu”nun üzvü olaraq fəaliyyət göstərəcəklər.
Rəhbər strukturda Avropa ölkələrindən cəmi 2 təmsilçi yer alıb ki, onlardan da biri Firdovsi Umudovdur.
Xatırladaq ki, Beynəlxalq Ağırlıqqaldırma Federasiyasında 200-ə yaxın üzv ölkə təmsil olunur. İWf-in rəhbər heyətində əsasən aparıcı üzv ölkələrin nümayəndələri yer alıb.
- Azərbaycan mövqeyini qorudu, Türkiyədən sıçrayış - UEFA reytinqi
- Federasiya rəhbərliyi millinin məşqində
- Beynəlxalq yarışlarda uğurlu çıxış edən şahmatçılarımız mükafatlandırılıb - FOTO
- “Milan” kapitanı ilə bağlı qərarını verib
- "Neftçi"nin yeni transferi: "Azarkeşlərə demək istəyirəm ki, Alfa buradadır" - Müsahibə