Alleqriyə “Əl-Hilal”dan təklif
12.06.2023 - 15:16
![Alleqriyə “Əl-Hilal”dan təklif](https://apasport.az/storage/news/2023/june/12/big/6486e8d061b8c6486e8d061b8d16865630246486e8d061b8a6486e8d061b8b.jpg)
“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri yeni təklif alıb.
Apasport.az saytının məlumatına görə, italiyalı mütəxəssis “Əl-Hilal”ın hədəfindədir.
Səudiyyə Ərəbistanı təmsilçisi ona 3 il üçün 70 milyon avro təklif edib. Alleqri təklifi qəbul etsə, hər mövsüm 20 milyon, müqavilə imzaladığı üçün 10 milyon alacaq.
55 yaşlı mütəxəssis “Yuventus”da ilə 7 milyon qazanır. O, asiyalıların təklifini nəzərdən keçirir.
Qeyd edək ki, “Yuventus” ötən mövsüm A seriyasında 7-ci yeri tutub.
0
0