“Barselona” yığmanın kapitanını alır
25.04.2023 - 16:00
![“Barselona” yığmanın kapitanını alır](https://apasport.az/storage/news/2023/april/25/big/6447ada1a62be6447ada1a62bf16824191056447ada1a62bc6447ada1a62bd.jpg)
“Barselona”nın heyətinə qatmaq istədiyi daha bir futbolçu müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, İspaniya klubu Uruqvay U-20 yığmasının kapitanı Fabrisio Diasın xidmətində maraqlıdır.
20 yaşlı yarımmüdafiəçinin şərəfini qoruduğu Montevideo “Liverpul”u ilə razılıq əldə olunub. “Barselona” keçid üçün 8 milyon avro ödəyəcək.
Keçidin gerçəkləşməsi üçün futbolçunun özü ilə razılaşma əldə olunmalıdır. Hazırda bununla bağlı danışıqlar davam edir.
Qeyd edək ki, Dias yetirməsi olduğu “Liverpul”dan başqa klubda çıxış etməyib.
0
0