Millimiz çövkən üzrə dünya çempionatına uğurla başlayıb
10.06.2024 - 16:59
![Millimiz çövkən üzrə dünya çempionatına uğurla başlayıb](https://apasport.az/storage/news/2024/june/10/big/6666f92b406876666f92b4068817180244916666f92b406856666f92b40686.jpg)
Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə keçirilən çövkən üzrə dünya çempionatına start verilib.
Apasport.az xəbər verir ki, Binə Atçılıq Mərkəzində reallaşan yarışın açılış oyununda Azərbaycan və Qazaxıstan komandaları üz-üzə gəliblər.
Matç Azərbaycan millisinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Günün digər qarşılaşması isə Mərakeş və Küveyt kollektivləri arasında olacaq.
Qeyd edək ki, 10 ölkənin komandasının iştirak etdiyi dünya çempionatına iyunun 16-da yekun vurulacaq.
0
0