Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann oyunçularına qadağa qoyub.
Apasport.az xəbər verir ki, mentor futbolçulara 2024-cü il Avropa çempionatının sonuna qədər həyat yoldaşları və dostları ilə görüşməyi qadağan edib.
Əvvəlcə futbolçuların həyat yoldaşları və dostlarının Almaniya millisinin düşərgəsinə getməyə icazələri olub.
Lakin almanlar İspaniya yığması ilə qarşılaşacaqları turnirin 1/4 finalına yüksəldikdən sonra vəziyyət dəyişib.
Belə ki, Naqelsmann oyunçularının bu vacib matça maksimum fokuslanmasını istəyir.
Gənc çalışdırıcı bu qadağa ilə birlikdə futbolçuların İspaniya ilə matçda daha hazır olacağını düşünür.
Xatırladaq ki, İspaniya - Almaniya matçı iyulun 5-i Bakı vaxtilə saat 20:00-da başlayacaq.
- Mahir Emreli: "Milli komanda ilə qazanılan uğurun əvəzini heç nə vermir"
- UEFA-nın dəstəyi ilə seminar keçirilib
- “Sərhədçi”nin baş məşqçisi: “Mövsümün ən yaxşı oyunlarından biri oldu”
- Taekvondoçularımız Prezident Kubokunu 12 medalla başa vurublar
- "Fənərbaxça" azarkeşlərinin ahı tutdu: Ozan Tufan zədələndi