AVRO-2024: 1/4 final mərhələsinin ilk iki görüşünü ingilislər idarə edəcəklər
03.07.2024 - 16:56
Almaniyada keçirilən Avropa çempionatının 1/4 final mərhələsinin ilk iki görüşünün hakimləri açıqlanıb.
Apasport.az xəbər verir ki, İspaniya və Almaniya arasında keçiriləcək oyunu ingiltərəli referi Entoni Teylor idarə edəcək.
Portuqaliya və Fransa arasında reallaşacaq növbəti dueldə də ingilis hakim iş başında olacaq. Maykl Oliver sözügedən matçda ədaləti qoruyacaq.
Qeyd edək ki, hər iki qarşılaşma iyulun 5-də baş tutacaq.
- Prokurordan Hafiz Məmmədova həbs tələbi
- DÇ-də 5 qadın güləşçimiz mübarizə aparacaq
- Osimhenlə komanda yoldaşı olmuş “Kəpəz”in forvardı: “Nəyin necə olacağını heç vaxt bilmək olmur” - Müsahibə
- Millimiz III MDB Oyunlarına hazırlığı Gürcüstanda davam etdirəcək
- Həndbol üzrə ölkə birinciliyinə tekun vurulub
0
0