Eriksen Danimarka millisində rekord qırıb
26.06.2024 - 12:37
![Eriksen Danimarka millisində rekord qırıb](https://apasport.az/storage/news/2024/june/26/big/667bd36a3f625667bd36a3f6261719391082667bd36a3f623667bd36a3f624.jpg)
Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen 2024-cü il Avropa çempionatının qrup mərhələsinin 3-cü turu çərçivəsində Serbiya millisi ilə keçirilən oyunda (0:0) iştirak edib.
Apasport.az "Opta"ya istinadla xəbər verir ki, bu, yarımmüdafiəçinin millidə 133-cü oyunudur.
32 yaşlı futbolçu bu göstəriciyə görə yeni rekordçu olub. Kristian 132 matçı olan müdafiəçi Simon Kjaerin rekordunu qırıb.
Danimarka millisi Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsində 3 xal toplayıb. Komanda dördlüyü ikinci yerdə başa vuraraq turnirin pley-off mərhələsinə yüksəlib.
0
0