15 mövsümün məhsuldarlıq rekordu qeydə alınıb
04.04.2024 - 16:10
Azərbaycan kubokunun 1/2 final mərhələsinin ilk oyunlarında 7 qol vurulub.
Apasport.az xəbər verir ki, “Neftçi” – “Qarabağ” matçında (0:4) dörd, “Zirə” – “Qəbələ” görüşündə (2:1) üç qol vurulub.
Bu, son 15 mövsüm üçün yarımfinalın ən yüksək məhsuldarlığıdır. Daha çox qola 2008/09 mövsümündə təsadüf olunub.
Həmin vaxt yarımfinalın ilk qarşılaşmalarında 8 qol qeydə alınıb. “Qarabağ” səfərdə “Bakı”nı 2:1, “İnter” evdə “Qəbələ”ni 5:0 hesabı ilə məğlub edib.
- Rəşad Sadıqov: "Kəpəz" təhlükəli komandadır"
- "Kəpəz" futbolçu seçimlərinə başlayır
- "Neftçi"nin yeni transferi Alessio Kurçi: Qol və assistləri - VİDEO
- Federasiya rəsmisi: “Elita üçün maliyyə dayanıqlılığımız var” - MÜSAHİBƏ
- AzVİF-lə Elm və Təhsil Nazirliyinin əməkdaşlığı çərçivəsində yeni layihəyə start verilib - FOTO
0
0