2 güləşçimiz Avropa çempionu oldu
15.03.2023 - 21:39
![2 güləşçimiz Avropa çempionu oldu](https://apasport.az/storage/news/2023/march/15/big/6412045fd03326412045fd033316789023676412045fd03306412045fd0331.jpg)
Azərbaycanın 2 yunan-Roma güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatının qalibi olub.
Apasport.az xəbər verir ki, 60 kq-da mübarizə aparan Elmir Əliyev həlledici görüşdə İsrail təsmilçisi Melkamu Feteneyə 5:3 hesabı ilə qalib gəlib.
72 kq-da çıxış edən Qurban Qurbanov isə finalda ukraynalı, milliyyətcə Krım tatarı olan İrfan Mirzəyevə 8:0 hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
0
0