70-ci qolçu
20.11.2022 - 17:46
Elvin Cəfərquliyev Azərbaycan millisində qol hesabını açıb.
Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın müdafiəçisi Şimali Makedoniya ilə yoldaşlıq görüşündə fərqlənib.
Skopyedəki matçda 22 yaşlı cinah oyunçusu özünün yığmadakı 8-ci oyununda ilk qolunu vurub. Cəfərquliyev yığma tarixinə qol sevinci yaşayan 70-ci oyunçu kimi düşüb. Bu görüşə qədər 69 futbolçumuz rəqib qapısına yol tapıb.
Qeyd edək ki, ilk hissəsi gedən Şimali Makedoniya – Azərbaycan oyununda hazırda hesab 1:1-dir.
- Jorj Kaşkilya: “Azarkeşlərin "Qarabağ"ı dəstəkləməsi oyunçularıma motivasiya verirdi”
- “Neftçi”nin qarşılaşmasını bu hakim idarə edəcək
- Avropa komandalarının bürünc medal HEGEMONLUĞU
- “Araz-Naxçıvan” futzal üzrə UEFA Çempionlar Liqasında mübarizəyə əsas mərhələdən başlayacaq
- “Sevilya” ispan çalışdırıcı ilə maraqlanır
0
0