
AFFA İcraiyyə Komitəsinin 13.05.2024-cü il tarixində keçirilən iclasında “AFFA-nın İnkişaf Strategiyası”nın əsas hədəfləri müəyyənləşdirilib.
Apasport.az xəbər verir ki, AFFA İcraiyyə Komitəsinin 03.06.2024-cü il tarixli iclasında isə strategiyanın yazılması üçün “Double Pass”, UEFA və “McKinsey & Company” şirkətləri ilə əməkdaşlıq edilməsinə dair qərar qəbul olunub.
AFFA İnkişaf Strategiyasının hazırlanması ilə bağlı futbol ictimaiyyəti nümayəndələrinin təklif və rəylərini öyrənmək istəyir.
Bunu nəzərə alaraq, 9 avqust saat 11:00-da media nümayəndələri ilə görüş nəzərdə tutulub.
Qeyd edək ki, AFFA-nın inzibati binasında keçiriləcək tədbirə bütün media nümayəndələri dəvət edilib.
- Almaniya mundialla vidalaşdı, Yaponiya və İspaniya 1/8 finalda - YENİLƏNİB
- Azərbaycanın güləş milliləri Paris olimpiadasına son hazırlıq prosesinə başlayıb
- AFFA “Qarabağ”ın qapıçısını cəzalandırdı – “Neftçi”ni cərimələdi
- DÇ-2022-də təmsil olunan klublar: “Bavariya” Qətərdədir
- Onuncu duel - Statistika