AFFA rəsmisi Konfrans Liqasının oyununa təyinat alıb
22.07.2024 - 10:17
![AFFA rəsmisi Konfrans Liqasının oyununa təyinat alıb](https://apasport.az/storage/news/2024/july/22/big/669df95416d6f669df95416d701721629012669df95416d6d669df95416d6e.jpg)
AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov UEFA-dan yeni təyinat alıb.
Apasport.az xəbər verir ki, o, Konfrans Liqasının II təsnifat mərhələsində Sloveniyada “Maribor” və Rumıniyanın “Universitatya Krayova” klubları arasında keçiriləcək ilk oyunun UEFA nümayəndəsi olacaq.
İyulun 25-də “Lyudski” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Matçın baş hakimi danimarkalı Mads Kristoffersen olacaq.
0
0