AFFA "Turan Tovuz"un futbolçusunu cəzalandırdı
25.01.2024 - 15:58
AFFA "Turan Tovuz"un futbolçusunu cəzalandırdı

Azərbaycan Premyer Liqasının XIX turunun “Kəpəz” – “Turan Tovuz” oyununun 9-cu dəqiqəsində “Turan Tovuz” klubunun 88 nömrəli futbolçusu Faiq Hacıyev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 2 oyun cəzalandırılıb.

Apasport.az AFFA-ya istinadla xəbər verir ki, bu səbəblə “Turan Tovuz” klubu 1500 manat cərimə edilib. 

Bundan başqa, azarkeşlərin pirotexniki vasitədən istifadə etməsinə görə “Turan Tovuz” klubu 1500 manat cərimələnib.