AFFA “Zirə”nin şikayətini təmin etmədi
04.07.2022 - 12:42
![AFFA “Zirə”nin şikayətini təmin etmədi](https://apasport.az/storage/news/2022/july/04/big/62c2a7dda8e1662c2a7dda8e17165692412562c2a7dda8e1462c2a7dda8e15.jpg)
AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Zirə”nin şikayətini cavablandırıb.
Apasport.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, paytaxt klubunun apellyasiya şikayəti təmin edilməyib.
“Zirə” məşqçisi Eltun Yaqublunun cəzasının üzərinə 1 oyun əlavə olunmasına və kluba 800 manat cərimə olunması barədə İntizam Komitəsinin 03.06.2022-ci il tarixli qərarına rəsmi etiraz edib.
Lakin Apellyasiya Arbitraj Tribunalı qərarın qüvvədə saxlanılacağını açıqlayıb.
0
0