Aleksandr Jidkov: "Krasnodar"ın Kadiyə ehtiyacı var”
26.12.2022 - 16:14
Azərbaycan millisinin sabiq qapıçısı Aleksandr Jidkov sportal.az saytına açıqlama verib.
Apasport.az xəbər verir ki, Rusiyada məşqçi kimi çalışan 57 yaşlı veteran Kadi Borgesin “Qarabağ”dan ayrılaraq “Krasnodar”a yollana biləcəyi haqda çıxan xəbərə münasibət bildirib.
Jidkov məsələ haqda qısaca olaraq belə danışıb:
"Bəli, bu barədə xəbərim var. Çünki mediada xəbərlər çıxıb. Amma bu barədə nəsə deyə bilmərəm. Çünki “Qarabağ” və “Krasnodar” arasında olan işlərdir. Yəqin ki, "Krasnodar"ın Kadiyə ehtiyacı var. Hər halda, yaxın günlərdə necə olacağını görəcəyik".
- “Sabah”dan “Bazel”ə - RƏSMİ
- Aleksandr Çertoqanov: "Azərbaycan millisində zamanla hər şey daha yaxşı olacaq" - Müsahibə
- "Araz-Naxçıvan" heyətini braziliyalı ilə gücləndirib
- "Azərreyl" "Murov"u çətinliklə məğlub etdi
- Azərbaycanlı dünya çempionu: "FIDE komandasına qarşı mübarizə aparmaq bir az ağır idi"
0
0