Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) Azərbaycan Ağırlıqqaldırma Federasiyası üçün maarifləndirici seminar təşkil edib.
Apasport.az xəbər verir ki, seminarda iştirak edən idmançılara antidopinq qayda pozuntuları, dopinq nəzarəti prosesi, bu prosesdə idmançıların hüquq və öhdəlikləri, terapevtik istifadə üçün istisnalar, qadağan edilmiş maddələrdən istifadənin fəsadları, onların qəbuluna görə tətbiq olunan cəzalar, qadağan edilmiş siyahı, məkan məlumatı və ADAMS sistemi kimi vacib mövzularla bağlı ətraflı məlumatlar verilib.
Bundan əlavə, idmançılar seminar ərzində sorğular vasitəsilə antidopinq sahəsində olan biliklərini yoxlayıblar.
- İki komandaya texniki məğlubiyyət verilib
- Millimizin müdafiəçisi: “Onunla görüş komandanı ayıltdı” - MÜSAHİBƏ
- Boksçularımızdan beynəlxalq turnirdə 4 medal
- Azərbaycanı Avropa çempionatında təmsil edəcək güləşçilərin adları açıqlanıb
- "Neftçi"nin sabiq icraçı direktoru ABF-nin icraçı vitse-prezidenti təyin edilib